Rusiyada 6 yaşlı uşağın valideynləri dəhşətli əməl törədib.
KONKRET.az Rusiya KİV-nə istinadla xəbər verir ki, Altay diyarında valideynlər altı yaşlı çılpaq uşağı 20 dərəcə şaxtada bayıra qovub.
Yaxınlıqdan keçən bir qonşu uşağı bu formada görüb və telefona çəkib. Məlum olub ki, ailə bu cür “tərbiyə üsulu”ndan tez-tez istifadə edir.
Aidiyyatı qurumlar artıq fəaliyyətə başlayıb.
Ailənin üç oğlu var. Valideynlik hüququndan məhrumetmə məsələsi əvvəllər də qaldırılıb.
Seleznevo kəndinin rəhbərliyi bildirib ki, hər üç qardaş (altı, beş və bir yaşlı) artıq ailədən alınıb.
Valideynlər bunun sadəcə bir tərbiyə üsulu olduğunu israr etsə də, cinayətin başlanması məsələsi həll edilir.
Xuraman Etibarlı,
KONKRET.az
