Rusiyada “Arsax” üçün ölənlərə ABİDƏ qoydular – FOTObackend

Rusiyada "Arsax" üçün ölənlərə ABİDƏ qoydular - FOTO

Rusiyanın Kuban vilayətinin Slavyansk (Славянск-на-Кубани) şəhərində Qarabağdakı erməni qondarma rejimi uğrunda ölənlərə abidə qoyulub.

KONKRET.az xəbər verir ki, “abidə” ermənilərin Surb Sarkis kilsəsinin yaxınlığında inşa edilib. Xaçkar adlanan “abidə” erməni memar Sevada Kikanyana məxsusdur.

“Abidə” 1989-1994, 2016 və 2020-ci ildə qondarma “Arsax” uğrunda ölən separatçılara həsr olunub.

Qeyd edək ki, Kuban Rusiyanın cənubu, Şimali Qafqazda yerləşir və ermənilər orada sıx məskunlaşıb. Sadəcə olaraq, qondarma rejimi İrəvanın özü də tanımır, Kreml də həmin bölgəni Azərbaycan ərazisi sayır. Məhz buna görə Azərbaycanın Rusiyadakı diaspor fəalları məsələyə aydınlıq gətirə, yaxud “abidə”nin təsvir və adının dəyişdirilməsinə nail ola bilərlər. Çünki buna hüquqi əsaslar kifayət qədərdir.

P.S. Kreml Rusiyanın daxilində ermənilərin faşist Njdeyə tikdiyi abidələri təzə sökməyə başlayıb.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*