Rusiyada azərbaycanlılar arasında DAVA: Ölən var – VİDEObackend

Rusiyada azərbaycanlılar arasında DAVA: Ölən var - VİDEO

Elvar Əmiraslanov Moskvadan Sankt-Peterburqa dostlarının toyuna gəlib. O, Vitebsk prospektində yerləşən “Avropa” restoranında digər azərbaycanlı Vüqar Namazəliyevlə mübahisə edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat Telegram kanallarında yer alıb.

Bildirilir ki, mübahisə davaya çevrilib və bu zaman Elvar tapançadan Vüqara 5 dəfədən çox atəş açıb.

Vüqar Namazəliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Əmiraslanov saxlanılıb. Faktla bağlı “Qətl” maddəsi ilə cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*