Rusiyada COVID HƏYƏCANI – Məmurlar arasında yoluxma artırbackend

Rusiyada COVID HƏYƏCANI - Məmurlar arasında yoluxma artır

İctimai Palatanın katibinin müavini Aleksandr Qaluşka reanimasiyadadır. Vəziyyəti ağırdır.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, Uzaq Şərqin inkişafı üzrə 46 yaşlı keçmiş nazir koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İndi onun ağciyərləri 75% buzlaşıb. Artıq xəstədə pnevmoniyanın ən ağır mərhələsi başlayıb.

Qeyd edək ki, iki gün öncə xəstənin vəziyyəti pisləşib, tənəffüs çətinliyi artıb. Həkimlər oksigen tədarükünü artıraraq vəziyyəti normallaşdırıblar. Amma dinamika hələ də mənfi olaraq qalır. Müalicə davam edir.

Yeri gəlmişkən, artıq məmurlar arasında da yoluxma halalrının sayı artıb. Rusiyada bu xəstəliyə etinazıslıq nəticəsində ölüm hallarının sayı kəskin çoxalıb. Cəmiyyətdə həyəcanlı xəbərlər dolaşmaqdadır. Ölkənin ayrı-ayrı yerlərində sərt qadağalar tətbiq olunsa da, heç bir ciddi nəticə əldə edilməyib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*