Bu gün Sakit okeanda Kamçatka yaxınlığında (Rusiya) 6,1 bal gücündə zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Bildirilib ki, fevralın 25-də yerli vaxtla saat 18:25-də 6,1 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 170 km aralıda, ocağı 64 km dərinlikdə yerləşib. Sunami xəbərdarlığı verilməyib.
