Rusiyada qətl törədən “Şaxta baba“ biznesmen imişbackend

Rusiyada qətl törədən “Şaxta baba“ biznesmen imiş

Rusiyanın Çuvaşiya vilayətində “Şaxta baba” mağaza sahibini qətlə yetirib.

KONKRET.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə yanvarın 2-də qeydə alınıb.

“Biznesmen Valeri Vasilyev Çuvaşiyanın Kanaş şəhərində mağaza sahibini öldürməkdə şübhəli bilinir. Onun 71 yaşı var, əvvəllər ticarət mərkəzinin sahibi olub və bir çox yerli sahibkarlarla işləyib”, – KİV yazıb.

“Şaxta baba” geyimində olan Valeri ov tüfəngi ilə mağaza sahibini güllələyib. Ertəsi gün o, Rusiya Qvardiyası tərəfindən saxlanılaraq polisə təhvil verilib. Qətlin səbəbi ilkin olaraq pul borcu olub./unikal.az

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*