Rusiyada qızıl yatağında partlayış: ölən varbackend

Rusiyada qızıl yatağında partlayış: ölən var

Kamçatkadakı Asaça qızıl yatağında partlayış baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Kamçatka ərazi Təbii Fəlakətlər Təbabəti Mərkəzi məlumat yayıb.

Hadisə nəticəsində bir nəfər ölüb, daha iki nəfər yaralanıb.

Asaça qızıl yatağı Petropavlovsk-Kamçatskidən 160 kilometr məsafədə, Yelizovo rayonunda yerləşir. Bu mədən Cənubi Kamçatka bölgəsinin əsas qızıl yataqlarından biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*