Rusiyada REKORD inflyasiyabackend

Rusiyada REKORD inflyasiya

Rusiyada illik inflyasiya 2022-ci ilin aprelində martdakı 16,69 %-dən 17,83 %-ə yüksəlib. 

KONKRET.az Rusiyanın Federal Dövlət Statistika Xidmətinə istinadən xəbər verir ki, 2022-ci ilin əvvəlindən qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə daha çox artıb və artımın 3/4-ü mart ayında baş verib ki, bu da 1998-ci ilin dekabrından artıq inflyasiya statistikası baxımından ən pis ay olub. Qeyd olunur ki, aylıq istehlak qiymətləri 1,56 % artıb. Apreldə ərzaq məhsulları mart ayına nisbətən 2,87 %, illik isə 20,48 % bahalaşıb.

Ən çox 67% olmaqla qənd bahalaşıb. Bahalaşma digər ərzaq məhsullarına da daxildir: marqarin yağı – 12,9 %, qara çay, kakao, qatılaşdırılmış süd, peçenye – 7,1-8,9 %, süd, qatıq, mayonez, meyvə şirələri, qara bibər, duz, qazlı içkilər, mineral su, ketçup, dondurma, qəhvə, yaşıl çay, zəncəfil, çörək – 5,0-7,0 % bahalaşıb. Qeyri-ərzaq məhsulları aprel ayında 0,53%, illik isə 20,19 % bahalaşıb. Apreldə xidmətlərin dəyəri aylıq 1,07 %, illik isə 10,87 % artıb.

Bundan əvvəl Mərkəzi Bank 2022-ci ilin qarşıdakı aylarında Rusiyada inflyasiyanın artacağını bildirib. Mərkəzi Bankın proqnozlarına görə, inflyasiya ilin sonuna kimi 18-23 %-ə çata bilər.//Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*