Rusiyada “İl-76” qəzaya düşdü – 15 ölü – VİDEObackend

Rusiyada “İl-76” qəzaya düşdü - 15 ölü - VİDEO

Rusiyada “İl-76” hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirilyi yayıb.

Hadisənin İvanov vilayətində qeydə alındığı bildirilir. Təyyarənin göyərtəsində 8 ekipaj üzvü və 7 sərnişin olmaqla 15 nəfər olub.

İlkin məlumata görə, qəzaya səbəb təyyarənin mühərriklərindən birində yanğın baş verməsi olub.

“Baza” teleqram kanalı qəza zamanı göyərtədə olan 15 nəfərin hamısının həlak olduğunu bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*