Rusiyanın bir sıra şəhərlərində Ukraynaya dəstək aksiyaları keçirilir.
KONKRET.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd olunub ki, Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən aksiya iştirakçıları Ukraynanın dağıdılan şəhərlərinin fotolarını və müharibə əleyhinə tabloları nümayiş etdirirlər.
Tomsk şəhərində isə Ukrayna ilə həmrəylik tədbiri həyata keçirilib. Yerli hakimiyyət şəhər sakinlərinin etiraz aksiyası keçirəcəyini əvvəlcədən bildiyindən ərazilərə əlavə polis qüvvələri cəlb edib.
Məlumata görə, Xabarovskda müharibənin ildönümündə keçirilən piketə çıxan fəallardan biri saxlanılıb. Bundan başqa Vladivostokda “Döyüşməyin!” şüarı yazılan plakatı əlində tutmuş aksiya iştirakçısı tutulub.
