“Rusiya-Ukrayna müharibəsində müvəqqəti atəşkəsin olması qəbuledilməzdir”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O, vurğulayıb ki, sözügedən atəşkəs vəziyyətin daha da kritikləşməsi ilə nəticələnə bilər:
“Müvəqqəti atəşkəs qərbin silah gücünü artırmasına yol açacaq və bu da müharibənin alovlanmasına səbəb olacaq. Müharibə yalnız hüquqi baxımdan düzgün olan razılaşma ilə sona çatdırılmalıdır”.
Zaxariva həmçinin, müvafiq mexanizmlər vasitəsilə müharibənin yenidən başlamasının qarşısının alınmasının vacibliyini vurğulayıb. Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün planlaşdırılan sülh görüşləri ilə bağlı hər hansı bir irəliləyiş olmadığını əlavə edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ lideri Donald Tramp arasında keçiriləcək görüşün tarixi hələ müəyyən edilməyib.
Aysu İbrahimova
KONKRET.az