“Dağlıq Qarabağdakı münaqişəni xristianlıq və İslam arasında müharibə kimi təqdim etmək istəyini qətiliklə qəbuledilməz hesab edirik”.
KONKRET.az xəbər verir ki, bu bəyanatla Rusiya Federasiyası Müsəlmanların Ruhani İdarəsi çıxış edib.
Təşkilat ümid edir ki, Moskvada keçirilən Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Ceyhun Bayramov və Zohrab Mnaçakanyanın Rusiya Federasiyası Xarici İşlər naziri Sergey Lavrovun iştirakı ilə görüşünün nəticələri nəticəsində genişmiqyaslı danışıqlar prosesinə və Dağlıq Qarabağda uzun müddətli sülhə nail olunacaq.