Rusiyadan Ermənistana daha bir jest – Gümrü ilə Novoçerkassk şəhərləri qardaşlaşdı – FOTObackend

Rusiyadan Ermənistana daha bir jest - Gümrü ilə Novoçerkassk şəhərləri qardaşlaşdı - FOTO

Bununla bağlı Gümrü meriyasında iki şəhər arasında əlaqələrin qurulmasına dair müqavilə imzalandı. Konkret.az erməni mediasına istinadla xəbər verir ki, saziş Gümrü şəhərinin meri Samvel Balasanyan və Novoçerkassk şəhərinin meri İqor Zyuzin tərəfindən imzalanıb.

Saziş ticarət, sənaye, təhsil, mədəniyyət və turizm sahələrində mümkün əməkdaşlığı nəzərdə tutur. “Bu, əməkdaşlığın yalnız başlanğıcıdır. Düşünürəm ki, uğur qazanacağıq”,-deyə Samvel Balasanyan bildirib.

Novoçerkassk şəhərinin meri İqor Zyuzin də öz növbəsində bu müqavilənin imzalanmasının əhəmiyyətini qeyd edib və uğurlu nəticələrin tezliklə olacağına ümid etdiyini vurğulayıb: “Ümid edirəm ki, əməkdaşlığımız konstruktiv və işgüzar olacaq. Biz şəhər rəhbərləri olaraq əməkdaşlığın səmərəli olacağına əminik”,- deyə o bildirib.

İqor Zyuzin Gümrünü qarşıdan gələn 25 Avqust “Gümri Günü” münasibətilə təbrik edib: “Novoçerkasskda çox yaxşı erməni icması var. Ermənilərlə yanaşı yaşayırıq və işləyirik. Şəhərin inkişafında erməni icmasının rolu böyükdür. Bilirəm ki, sabah Gümrüdə vacib bir gündür. Öz adımdan və rəhbərliyim adından qardaş şəhərin sakinlərinə firavanlıq diləyirəm. Sizə yalnız xoşbəxt günlər və uğurlar arzulayıram”.

 Müşfiq Əhmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*