Rusiyadan Qarabağdakı qondarma quruma MESAJ: “Sülhməramlılar sizə kömək edə bilməyəcək”backend

Rusiyadan Qarabağdakı qondarma quruma MESAJ: "Sülhməramlılar sizə kömək edə bilməyəcək"

Rusiyadan Qarabağdakı qondarma quruma mesaj göndərilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Qəzet yazır ki, Qarabağdakı “hakimiyyət”ə yaxın mənbə son hadisələrin bəzi təfərrüatlarını təqdim edib.

“Prezident” Arayik Arutyunyan dəfələrlə bəyan edib ki, son aylarda Qarabağda yeni vəziyyət yaranıb. Siyasi qüvvələrin balansı və “hökumət”in tərkibi Qarabağda hökm sürən əhval-ruhiyyəni əks etdirmir. Ona görə də yeni “hökumət”in və “parlament”in formalaşmasına ehtiyac var və bu, yeni seçkilərlə mümkündür”, – deyə nəşr yazıb.

Qondarma rejimin başında bu dəfə Arayik Arutyunyan durmayacaq. O, “seçki”lərdə iştirak etməyəcəyini bildirib.

“Lakin fakt budur ki, hazırda Ruben Vardanyan da növbədənkənar seçkilərdə iştirak edə bilməz. Və istefalar nəticəsində məlum olacaq ki, həm Arayik Arutyunyan, həm də Ruben Vardanyan getməli olacaqlar. Bu da, yeri gəlmişkən, Azərbaycan tərəfini məmnun edəcək.

Əvvəlcə Qarabağ liderləri yeni “seçki”lər təşkil edə və vəziyyəti sakitləşdirə biləcəklərini düşünürdülər. Lakin sonra mövzu daha da genişləndi və prosesə başqa şəxslər – Qarabağın keçmiş “prezident”ləri,  Ermənistanın eks-prezidentləri və ən əsası, Rusiya hakimiyyəti müdaxilə etməyə başladılar.

Mənbəmizin sözlərinə görə, ən həlledicisi Rusiyadan gələn siqnal olub. Qarabağ “hakimiyyət”inə bildirilib ki, sülhməramlılar seçkilərin dinc və təhlükəsiz gedişini təmin edə bilmirlər. Ona görə də onlar belə bir addımdan çəkinməyə çağırıblar. Bundan sonra “seçki” keçirməməyə qərar verilib.

Mənbəmiz əmin edib ki, Arayik Arutyunyanla Ruben Vardanyan arasında heç bir fikir ayrılığı yoxdur. Sonuncu isə işinin bəhrəsini verəcəyinə ümid edərək böyük həvəs və inamla işləyir”, – deyə qəzet yazır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*