Rusiyadan riskli hərəkət – Əgər təsdiqlənsə, NATO qıcıqlanacaqbackend

Rusiyadan riskli hərəkət - Əgər təsdiqlənsə, NATO qıcıqlanacaq

Finlandiya Sərhəd Mühafizəsi Rusiya hərbi təyyarəsinin sərhədi pozduğu iddiasını araşdırır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu, təsdiqlənərsə, Finlandiya NATO-ya üzv olduqdan sonra ilk belə hal olacaq.

Finlandiya Müdafiə Nazirliyinin saytında deyildiyi kimi, hadisə iyunun 10-da səhər saatlarında baş verə bilərdi. İddialara görə, Rusiya təyyarəsi Finlandiya körfəzinin şərq hissəsində sərhədi 2,5 kilometr pozaraq təxminən 2 dəqiqə ərzində Finlandiya ərazisinin dərinliklərinə uçub. Təyyarənin növü barədə məlumat verilmir.

Moskva hadisə ilə bağlı şərh verməyib. Lakin Rusiya Müdafiə Nazirliyi Baltik, Barents və Norveç dənizləri üzərində planlaşdırılan strateji aviasiya uçuşları barədə məlumat verib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*