Rusiyalı general Ukraynada ağır itkilərə görə işdən qovuldu – SURİYADA DÖYÜŞÜBbackend

Rusiyalı general Ukraynada ağır itkilərə görə işdən qovuldu – SURİYADA DÖYÜŞÜB

Rusiya Federasiyası Hərbi Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov rus paraşütçüləri sıralarında böyük itkilərə görə tutduğu vəzifədən qovulub.

KONKRET.az xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi üzrə Amerika İnstitutu öz mənbələrinə istinadən məlumat yayıb.

ISW nəşri yazır ki, Serdyukov, xüsusilə ilk həftələrdə Kiyev yaxınlığındakı geniş miqyaslı hücumdan sonra Rusiya hava-desant bölmələri arasında aşağı effektivliyə və yüksək itkilərə görə günahlandırılıb.

Həmçinin qeyd olunur ki, məhz onun rəhbərliyi altında Kiyev yaxınlığındakı Rusiya Hərbi Hava Desant Qüvvələrinin bütün batalyon-taktiki qruplarının 60%-dən çoxu məhv edilib və geri çəkildikdən sonra Serdyukov desantları Xarkov istiqamətinə döyüş hazırlığını bərpa etmədən göndərib.

Onu Mərkəzi Hərbi Dairənin qərargah rəisi, Donetsk vilayətindən olan general-polkovnik Mixail Teplinski əvəzləyib.

UNIAN xatırladır ki, Andrey Serdyukov 2016-cı il oktyabrın 4-dən Rusiya Hərbi Hava Desant Qüvvələrinin komandanıdır. O, Suriyadakı Rusiya hərbi qrupuna rəhbərlik edib. Bu ilin yanvarında Qazaxıstana daxil olan KTMT kontingentinə rəhbərlik edib.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*