Rusiyalı jurnalist: “Niyə ermənilər mina təmizlənməsində iştirak etmir?” – VİDEObackend

Rusiyalı jurnalist: “Niyə ermənilər mina təmizlənməsində iştirak etmir?” - VİDEO

“Əlbətdə ki, baş verənlər, həyatı media və potensial təhlükə ilə əlaqəli hər bir insanın qəlbinə toxunur. Ancaq bu vəziyyətdə bunun qarşısını almaq olardı deyə qəzəblənirəm. Bu, 44 günlük müharibənin bitməsindən sonra anlaşılmaz ölümdür”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyali jurnalist və hərbi müçahidəçi Aleksandr Artamonov bildirib.

O, bildirib ki, Ermənistanda Azərbaycan ərazilərinin işğalı dövrünün bitdiyini anlamırlar:

“Bu insanların azərbaycanlılarla münasibət qurması, çətin olsa da, birtəhər yaşaması lazım olacaq. Hər dəfə belə ağrı yaşandıqca, dinc yaşayış şəraiti get-gedə problemli olur. Və sual verirəm ki, niyə Qarabağdan uzaqda yaşayan türklər, Rusiya sülhməramlıları mina təmizləmə işi ilə məşğul olurlar. Rus sülhməramlılar Azərbaycan ərazisində nəzarət edirlər, çünki Qarabağ Azərbaycandır. Niyə orada əhalisi yaşayan ermənilər heç nə etmirlər? Erməni mina təmizləyənləri haradadır? Niyə özlərini riskə atmırlar? Halbuki risk etməlidirlər. Jurnalistlər və mülki şəxslər zərər görməməkləri üçün etməlidilər. Bu cür təxribat hərəkətləri ilə nəyisə dəyişdirəcəklərini düşünürlər? Lakin, bununla hər iki tərəfdə nifrətin artacağı istisna olmaqla, heç nəyi dəyişdirməyəcəklər. Bu torpaqlar həyat yox, ölüm ərazisidir. Beş milyon partlamamış hərbi sursat var orada. Bu eyni zamanda, çətin iqtisadiyyat məsələsidir. Bu torpağın dirçəlməsi üçün neçə il, vəsait və zəhmət lazımdır. Yenə də ortada oraya mina basdıranların məsuliyyəti məsələsi var”.

Jurnalist həmçinin qeyd edib ki, ermənilərdə mina xəritələrinin olmadığına inanmır. Ən azı bir qismi olmalıdır, çünki mövqeyi sahələrində minalar Vətən müharibəsindən əvvəl basdırılıb.

Ətraflı baku tv-nin müsahibəsini təqdim edirik:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*