Rusiyalı milyarderin oğlu “Lamborghini” ilə müharibə iştirakçısını vurdu – VİDEObackend

Rusiyalı milyarderin oğlu “Lamborghini” ilə müharibə iştirakçısını vurdu - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində “Lamborghini” markalı avtomobil yaşayış binasına çırpılıb. Hadisə zamanı iki piyada xəsarət alıb.

KONKRET.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, avtomobili “Rus Copper Company”nin təsisçisi, milyarder İqor Altuşkinin oğlu David Altuşkin idarə edib.

Xəsarət alanlardan birinin Ukraynada müharibədə iştirak etdiyi və müalicə üçün Yekaterinburqa qayıtdığı bildirilir. Onun qoltuq ağacları ilə hərəkət etdiyi və hadisə nəticəsində xəstəxanaya yerləşdirildiyi qeyd olunur. Bəzi mənbələr yaralının 23 yaşlı boksçu Timur Xəlilov olduğunu yazır.

Hadisə nəticəsində “Lamborghini” yaşayış binasının fasadına çırpılıb. İkinci piyadanın da xəsarət aldığı bildirilir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*