Rusiyalı mütəxəssisdən meymunçiçəyi ilə bağlı AÇIQLAMA: “Təmas yolu ilə ötürülür”backend

Rusiyalı mütəxəssisdən meymunçiçəyi ilə bağlı AÇIQLAMA: “Təmas yolu ilə ötürülür”

“1980-ci ildən öncə doğulmuş və çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanlar meymun xəstəliyindən müəyyən səviyyədə qoruna bilərlər”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Rospotrebnadzor” Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun rəhbəri Anna Popova bildirib:

“Meymunçiçəyi virusu böyük bir çiçək virusu ailəsinin növlərindəndir. Bu, təkcə insanlara və meymunlara deyil, həmçinin inəklərə, atlara və bir çox başqa heyvanlara da təsir göstərir. İnsanların yoluxduğu ən təhlükəli virus çiçək xəstəliyidir. Lakin 1980-ci ildən bəri planetdə heç bir çiçək xəstəliyi qeydə alınmayıb”.

O əlavə edib ki, insanlar üçün meymunçiçəyi virusu da yoluxucu hesab edilir. lakin xəstəlik daha asan keçir. Bu günə qədər Avropa və Şimali Amerikada artıq 109 meymunçiçəyi yoluxması qeydə alınıb və ölüm olmayıb.

Popovanın sözlərinə görə, 1980-ci ildən əvvəl doğulmuş və çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanlar meymunçiçəyi xəstəliyindən qoruna bilərlər.

Meymunçiçəyi təmas yolu ilə ötürülür. Buna görə də, dəridə şübhəli veziküllər, papüllər görünürsə, o zaman dəqiq diaqnoz qoymaq üçün həkimə müraciət etmək lazımdır. Həmçinin belə insanlarla yaxın təmasdan çəkinmək məsləhət görülür.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*