“Azərbaycan fəxr etməlidir, həm döyüşə bilir, həm də yaradır”.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq, Dövlət Dumasının eks-deputatı Sergey Markov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Türkiyə və Azərbaycan prezidentləri Zəngilanda hava limanının açılışını ediblər.
“Prezidentlər Əliyev və Ərdoğan Azərbaycanın cəmi 18 ayda inşa etdirdiyi Zəngilan hava limanının açılışını ediblər. O, məhz orada, Qarabağda Azərbaycan Ordusunun Ermənistan ordusunu necə məğlub etməsinin 2 illiyində açılıb. Qarabağ sürətlə qurulur. Azərbaycanın fəxr edəcəyi bir şey var. Onlar necə döyüşməyi və qurmağı bilirlər”, – deyə Markov yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
