Rusiyanın 3 pilotsuz uçuş aparatı VURULDUbackend

Rusiyanın 3 pilotsuz uçuş aparatı VURULDU

Bu gün Donetsk və Luqansk istiqamətində rus işğalçılarının 10 hücumu dəf edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb. Bildirilib ki,  Donbasda vəziyyət mürəkkəb, lakin nəzarətdədir:

“Bütün müdafiə zonası boyunca düşmən döyüş təyyarələrindən, reaktiv yaylım atəş sistemlərindən, iriçaplı top artilleriyasından, tanklardan, müxtəlif sistemli minaatanlardan istifadə edir, mülki infrastruktur obyektlərinə, dinc yaşayış məntəqələrinə raket və bomba zərbələri endirir, inzibati binaları, xəstəxanaları, məktəblər və uşaq bağçalarını hədəfə alır”.

Qeyd olunub ki, son sutka ərzində  rusların 5 tankı, 5 artilleriya sistemi, 6 ədəd döyüş zirehli texnikası, 7 maşını və “Orlan-10” tipli üç pilotsuz uçuş aparatı vurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*