“Rusiyanın ABŞ və Fransa ilə ciddi qarşıdurması olacaq” – Qukasyandan ŞOK AÇIQLAMAbackend

"Rusiyanın ABŞ və Fransa ilə ciddi qarşıdurması olacaq" - Qukasyandan ŞOK AÇIQLAMA

“44 günlük müharibə zamanı Rusiya Fransa və ABŞ-la əməkdaşlıqdan çəkildi. Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı razılaşmalar donduruldu və Rusiya təkbaşına münaqişənin həllinə nail olmağa çalışdı. Bəli, məhz belə bir dövr başladı”.

KONKRET.az xəbər verir ki, bu barədə Konstruktiv Partiyanın lideri Andrias Qukasyan Lragir.am saytına müsahibəsində deyib.

Qukasyan qeyd edib ki, “Məsələ rus qoşunlarının Qarabağda yerləşdirilməsindən gedir. Rusiya bütün gücü ilə imkan vermədi ki, Minsk Qrupu həmsədrləri olan Fransa və ABŞ, eləcə də regional ölkələr, xüsusən də Türkiyə Qarabağda sülhməramlı missiyanı yerinə yetirsin. Rusiya bu anlaşmaları pozdu”.

“Noyabrın 9-da Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli bəyannaməsi Rusiya, Fransa və ABŞ arasında müharibədən əvvəlki müqavilələrə ziddir”, – deyə Andrias Qukasyan bildirib.

Onun sözlərinə görə, Fransa və ABŞ həmsədrlik formatında əldə edilmiş razılaşmaların həyata keçirilməsini tələb edir. Və Moskvanın Qarabağdakı birtərəfli sülhməramlılığını rədd edir və bu missiyanı qanuni olaraq tanımaq niyyətində deyil.

“1999 -cu ildə İstanbulda ATƏT quruma üzv olan ölkələrin ərazisində ATƏT ölkələrindən olan sülhməramlıların əməliyyatlar aparmağa üstünlük verməməsi barədə razılığa gəlib. 2010-cu ildə Astana Zirvəsi zamanı bu razılaşma təsdiqlənib. Beləliklə, dünya birliyi və ATƏT ölkələrinin sivil seqmenti ilə Rusiya arasında ciddi qarşıdurma yaranır. Türkiyə də ABŞ və NATO ilə müqavilələrdən çıxıb. Və bu senaridə Rusiya, Fransa ilə ABŞ-ın varlığını göz ardı edərək, Türkiyə ilə birlikdə bölgədə dünyanın moderatoru kimi çıxış etməyə çalışır. Bu, ümidsiz bir siyasətdir, çünki hətta siyasətdən xəbəri olmayan insanlar da başa düşürlər ki, ABŞ və Fransa hansısa nizamın bərqərar olması ilə razılaşmasa, o zaman regionda uzunmüddətli sülh olmayacaq. Bu səbəbdən Rusiya indi bu vəziyyətdən çıxmağa çalışır. Rusiya zaman qazanmaqla, Azərbaycan, Ermənistan və Türkiyənin bölgədəki maraqlarını təşviq edəcək bir əlaqələr sisteminə girməsinə nail olmaq istəyir”, – deyə Andrias Qukasyan vurğulayıb.

Ancaq siyasətçinin qeyd etdiyi kimi, bu, ola bilməz, çünki qüvvələr qeyri-bərabərdir: “Rusiya ABŞ, Avropa Birliyi, xüsusən də hərbi, maddi və intellektual cəhətdən ondan daha böyük olan Fransaya müqavimət göstərə bilməz. Və onların beynəlxalq aləmdə Rusiyadan daha çox təsiri var”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*