“Rusiyanın Cənubi Qafqaz və Qarabağdan çıxmaq niyyəti yoxdur” – “Hraparak”backend

"Rusiyanın Cənubi Qafqaz və Qarabağdan çıxmaq niyyəti yoxdur" - “Hraparak

“Rusiyanın Cənubi Qafqazı başqalarına vermək və Qarabağdan çıxmaq niyyəti yoxdur”.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

Belə ki, Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanla Ermənistanın Baş naziri Nikol Paşinyan son görüşdə Ermənistanın bundan sonra Qarabağla heç bir əlaqəsi olmadığını və onların Bakı ilə birbaşa danışıqlar aparmalı olduğunu bildirib. Bununla yanaşı, o, Qarabağ “rəhbərliyi”ni Qərbə istiqamət götürməyi tövsiyə edib, çünki Rusiya tezliklə Qarabağı tərk edəcək.

“Paşinyan bildirib ki, mövqeləri zəiflədiyi üçün Rusiya Türkiyə-Azərbaycan tandemi ilə münaqişəyə girmək istəmir.

Paşinyandan alınan məlumat Arayik və ətrafı üçün pis xəbər olub. Separatçılar bir neçə gündür ki, Rusiya Federasiyasından gələn bu məlumatın etibarlılığını aydınlaşdırmaq üçün bütün əlaqələrindən istifadə edir.

Moskvaya səfər planlaşdırılıb, onlar müxtəlif fiqurlardan bütün bunların nə dərəcədə doğru olduğunu öz “kanalları” vasitəsilə yoxlamağı xahiş ediblər.

Bir gün əvvəl bizə məlumat verildi ki, Rusiyanın müxtəlif yüksək rütbəli dairələri Paşinyanın təqdim etdiyi “xəbərləri” təkzib edib. Rusiyanın Cənubi Qafqazı başqalarına vermək və Qarabağdan çıxmaq niyyətində olmadıqlarını bildiriblər.

Qeyd edək ki, bu sualların dəqiq cavabını tapmaq Arayik Arutyunyan yaxın vaxtlarda Moskvaya səfər etməyi planlaşdırır. Bundan sonra mənzərə daha dolğunlaşacaq”, – deyə qəzet yazır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*