Rusiyanın Ermənistandakı poliqonunda PARTLAYIŞ – ÖLƏN VARbackend

Rusiyanın Ermənistandakı poliqonunda PARTLAYIŞ - ÖLƏN VAR

Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci hərbi bazasına məxsus Şirak rayonundakı Kamxut dağ silsiləsində baş vermiş partlayış nəticəsində bir nəfər ölüb.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölən şəxs yaxınlıqdakı Vəhramaberd kəndindən olan 1957-ci il təvəllüdlü çobandır.

Axuryan bələdiyyəsi sədrinin birinci müavini Karen Arşakyan bildirib ki, mərmi saat 15:30 radələrində partlayıb və həmin vaxt poliqonda heç bir təlim olmayıb:

“Mərmi əvvəlki təlimlərdən qalmış ola bilər. Həmçinin sel sularını boşaltmaq üçün xəndəklər qazılıb. Su mərmiləri götürüb başqa yerə ata bilər. Ola bilsin ki, çoban mərmini görüb ona yaxınlaşıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*