Hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Qurgen Arsenyan növbəti illik məzuniyyətindən geri çağırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan parlamentinin mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, müvafiq qərarı Ermənistan parlamentinin sədri Alen Simonyan imzalayıb.
Qeyd edək ki, Arsenyan çox güman ki, Rusiyanın Ermənistandakı səfiri olacaq.
Natiq Səlim,
KONKRET.az
