Rusiyanın Ermənistandakı səfiri Zəngəzura gəldibackend

Rusiyanın Ermənistandakı səfiri Zəngəzura gəldi

Rusiyanın Ermənistandakı səfiri Azərbaycan sərhədinə gəlib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Sünikdə (Zəngəzur) Sergey Kopırkin sərhədçilərin xidməti ilə tanış olub.

Sergey Kopırkin rus sərhədçilərinə verilən tapşırıqlarla, Gorus-Qafan magistral yolunda erməni həmkarları ilə birgə xidmətlərinin təfərrüatları ilə maraqlanıb.

Qafan regional mərkəzinin meri Gevork Parsyan bölgədəki təhlükəsizliyin təmin olunmasında iştirak etdiklərinə görə rus sərhədçilərinə təşəkkür edib və diplomatik şöbənin rəhbərinə şəhərin sosial-iqtisadi həyatı barədə danışıb.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*