Rusiyanın sabiq prezidenti dünyanın sonundan danışdıbackend

Rusiyanın sabiq prezidenti dünyanın sonundan danışdı

“Süni intellektlə bağlı qorxular realdır, lakin onun bəşəriyyəti məhv etməsi ehtimalı azdır”.

KONKRET.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram -da dərc olunmuş “Süni intellekt və dünyanın sonu haqqında” adlı yazıda bu məsələyə toxunub.

Medvedevin sözlərinə görə, süni intellekt planetə çox böyük ziyan vura bilər, nüvə elektrik stansiyalarını məhv edə, nəqliyyat mərkəzlərini və əsas sənaye sahələrini sıradan çıxara bilər. O əlavə edib ki, ölkələr bu texnologiyaların istifadəsi ilə bağlı razılığa gəlməlidir. Lakin korporasiyalar buna imkan verməyəcək.

“Buna görə də, yalnız bir seçim qalır: qalibin mərhəmətinə güvənmək”.

Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, ChatGPT tərtibatçısı süni intellektin təhlükəsizliyini şübhə altına alıb.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*