Rusiyanın Sakit Okean Donanmasının döyüş gəmiləri Vyetnama gəldibackend

Rusiyanın Sakit Okean Donanmasının döyüş gəmiləri Vyetnama gəldi

Rusiya Sakit Okean Donanmasının “Admiral Panteleyev” və “Peçenqa” hərbi gəmiləri Vyetnamın Kamran Beynəlxalq Limanına gəlib.

KONKRET.az bu barədə TASS-a istinadən xəbər verir.

Dənizçiləri salamlayan Rusiyanın Ho Şi Min şəhərindəki baş konsulu Timur Sadıkov Rusiya gəmilərinin Kamran limanına gəlməsinin vacibliyinə diqqət çəkib.

“Bu Rusiya çox mühüm limandır. İyirmi ildən artıqdır ki, Sakit Okean Donanmasının gəmiləri üçün maddi-texniki dəstək məntəqəsi kimi xidmət edir. Məhz burada xalqlar arasında qardaşlıq və dostluq ənənələri yaranıb”, – diplomat vurğulayıb.

“Rusiya hərbi dənizçilərinin Vyetnam limanlarına son illərdə müntəzəm xarakter daşıyan səfərləri iki ölkə arasında dostluğun və hərtərəfli strateji tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir”, – Sadıqov bildirib.

Qeyd edək ki, Rusiya Sakit Okean Donanmasının hərbi gəmilərinin səfəri dekabrın 4-dək davam edəcək.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*