Rusiyanın Ukraynadakı müharibədə itkiləri – SİYAHI + FOTObackend

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 40 230 hərbçisini itirib.

Bundan başqa, Rusiyanın 1 742 ədəd tankı, 3 979 ədəd zirehli döyüş maşını, 894 ədəd artilleriya sistemi, 258 ədəd reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 ədəd hərbi təyyarəsi, 190 ədəd helikopteri, 174 qanadlı raketi, 2 854 ədəd nəqliyyat vasitəsi və avtoçəni, 15 ədəd gəmi-kateri, 729 ədəd dronu və 75 ədəd xüsusi texnikası məhv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*