Rusiya Federasiyasına daxil olarkən miqrantlar “sədaqət müqaviləsi” imzalamalı olacaqlar.
KONKRET.az Rusiya Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, belə bir qayda miqrasiya sahəsində yeni qanun layihəsində nəzərdə tutulub.
Ölkəyə daxil olmaq istəyən əcnəbi sənədi imzalayaraq ölkədən çıxarılması halında hər hansısa xərcləri öz üzərinə götürməyə razıdır və Rusiya Federasiyasına ziyan vurmayacağına dair hüquqi sənəd sayılacaq söz verir.
Razılaşma “profilaktik inzibati tədbir” olaraq istifadə ediləcək.
Rəsmiyyə Şərifova,
KONKRET.az