“Rusiyaya qarşı olan ritorika azalacaq və ABŞ-ın Ermənistanı ələ keçirmək cəhdləri boşa çıxacaq” – ÖZƏLbackend

"Rusiyaya qarşı olan ritorika azalacaq və ABŞ-ın Ermənistanı ələ keçirmək cəhdləri boşa çıxacaq" - ÖZƏL

Qazprom Ermənistana qaz borcunu ödəmək üçün noyabrın sonun qədər vaxt verib. Ermənistanın isə buna maddi imkanları çatmadığından İrəvan əməlli-başlı təşviş içərisindədir. Bəzi dairələr isə qaza olan borcun ABŞ tərəfindən ödəniləcəyi haqda fikirlər səsləndirirlər.  Bəs görəsən Rusiyanın bu addımı atması nədən qaynaqlanır və Moskva təbii qazın verilməsini dayandıra bilərmi? Ümumiyyətlə ABŞ-ın Ermənistanın qaza olan borcunu ödəyəcəyi nə dərəcədə realdır?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Sədrəddin Soltan bildirib ki, proseslər Ermənistanda əhalinin anti-Rusiya mövqeyində kökləndiyini deməyə əsas verir: “Paşinyan Qərbin maliyyə resursları hesabına fəaliyyət göstərən QHT təmsilçisi olub. Daha sonra parlamentə düşməyi bacarıb və orada Rusiyanın sponsoru olduğu təşkilatlara, həmçinin KTMT-yə qarşı çıxışlar edib. Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya Ermənistana satdığı təbii qazın qiymətini artırıb. Buna alternativ olaraq Ermənistan İranla sövdələşməyə və danışıqlar aparmağa başlayıb. Hətta İran öz təbii qazını Ermənistan ərazisindən Gürcüstana və Qara dənizə, oradan isə Avropaya çıxarmağı da düşünürdü.  Lakin bütün bu məsələlər dayandı və Ermənistanın qaz təchizatı “Qazprom Armenia”ya verildi. Paşinyan isə “Qazprom Armenia”da təftişlərə başlamaqla Moskvaya təzyiqlər etməyə başladı. İndiki şəraitdə ABŞ-ın Ermənistanı müdafiə etməsindən Rusiya çox narahatdır. Çünki Ermənistanı tərk etməsi Rusiyanın Qafqazdan çıxması deməkdir. Ona görə də, Rusiya əlində olan bütün imkanlardan, həmçinin qaz məsələsindən istifadə edərək İrəvana təzyiq göstərir”.

Sədrəddin Soltan: “İrandakı vəziyyətin qənaətbəxş olmayacağı ehtimal edilir” Pravda.az

Politoloq əlavə edib ki, Rusiya Ermənistanın qaz təchizatını kəsməyəcək: “Əvəzində isə Ermənistan Rusiya ilə bağlı məsələdə müəyyən güzəştə gedəcək. Rusiyaya qarşı olan ritorika azalacaq, ABŞ-ın Ermənistanı ələ keçirmək cəhdləri isə birmənalı olaraq boşa çıxacaq. Çünki bunun reallaşması üçün Ermənistanda olan Rusiya hərbi bazası oradan çıxarılmalıdır. Bu isə mümkün deyil. Ermənistan Rusiyanın ərazisidir və Moskva öz ərazisindən çıxa bilməz. ABŞ isə Ermənistanın qaza olan borcunu ödəməyəcək. Çünki bu, Ermənistanda daha ciddi qarışıqlıqlar yarada bilər”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*