Rusiyayönlü Telegram kanalının rəhbəri Hamburqda HƏBS EDİLDİbackend

Rusiyayönlü Telegram kanalının rəhbəri Hamburqda HƏBS EDİLDİ

Almaniyanın Hamburq şəhərində rusiyayönlü Telegram kanalının rəhbəri 31 yaşlı Almaniya vətəndaşı həbs edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs Rusiyanın Ukraynadakı hərbi əməliyyatının simvoluna çevrilmiş Z hərfindən istifadə etməkdə ittiham edilib.

Söhbət alman prokurorluğunun “rusiyapərəst milli-bolşevik platforması” adlandırdığı “Başqa Almaniya” adlı Telegram kanalından gedir.

Məlumata görə, həmin şəxs Rusiyanın Ukraynaya qarşı müharibəsinə açıq simpatiyasını ifadə edib.

Bundan əlavə, saxlanılan şəxs fotoların birində Rusiya istehsalı “AK-47” avtomatı ilə poza verib. Ona görə də hərbi silahlara nəzarət haqqında qanunu pozmaqda şübhəli bilinir.

Təqsirləndirilən şəxsin mənzilində aparılan axtarış zamanı bir neçə bıçaq aşkar edilib.

İstintaqın məlumatına görə, həmin şəxs iki həftə ərzində Almaniyadan Minskə getməyi planlaşdırıb.

Qeyd edək ki, mart ayında Almaniyanın iki federal əyalətinin (Bavariya və Aşağı Saksoniya) hakimiyyət orqanları ictimai yerlərdə Z hərfindən istifadəyə görə cinayət məsuliyyəti tətbiq edib. Oxşar qadağa Ukrayna, Litva və Moldovada da tətbiq edilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*