Ruslar ötən il ən çox hansı avtomobilləri satın alıblar? – Tam siyahıbackend

Ruslar ötən il ən çox hansı avtomobilləri satın alıblar? – Tam siyahı

Əvvəlki illə müqayisədə 2022-ci ildə Rusiyada yeni avtomobillərin satışı 58,8% azalıb.

KONKRET.az “Avtostat” agentliyinin məlumatlarına istinadən bildirir ki, 2021-ci ildə Rusiyada 1,67 milyon ədəd avtomobil satıldığı halda ötən il cəmi 687 min 370 minik avtomobili və yüngül ticarət avtomobili (LCV) satılıb. 

Son 10 ildə Rusiyada avtomobil satışı 4 dəfədən çox azalaraq 2,93 milyondan 0,69 milyon ədədə düşüb.

Son 10 ildə Rusiyada avtomobil satışı illər üzrə aşağıdakı kimi olub:

İllər Sayı
2012 2,93 milyon ədəd
2013 2,76 milyon ədəd
2014 2,49 milyon ədəd
2015 1,6 milyon ədəd
2016 1,43 milyon ədəd
2017 1,6 milyon ədəd
2018 1,8 milyon ədəd
2019 1,76 milyon ədəd
2020 1,6 milyon ədəd
2021 1,67 milyon ədəd
2022 0,69 milyon ədəd


Rusiyada avtomobil bazarının lideri yerli istehsal olan “Lada” markalı avtomobillər olub. 2022-ci ildə satılan avtomobillərin 28%-i “Lada”nın payına düşüb. Əvvəlki illə müqayisədə “Lada”nın satışları 48% azalıb. 2021-ci ildə 337 min 309 ədəd “Lada” satıldığı halda ötən il 174 min 688-i satılıb.

Xarici avtomobillər arasında ikinci yeri və liderliyi Cənubi Koreyanın “Kia” brendi tutub. Son bir ildə 65 min 691 ədəd “Kia” satılıb və əvvəlki illə müqayisədə 67% azalıb.

İlk 5-liyə Koreyanın “Hyundai” (54 min 17 ədəd və 66% azalıb), Fransanın “Renault” (40 min 844 ədəd və 68,7% azalıb) və Çinin “Chery” (39 min 256 ədəd və 2% azalıb) markalı avtomobilləri daxildir.

Ən çox satılan 25 avtomobil markası arasında ancaq 2 markanın satışları artıb. Hər iki marka Çinə məxsus olub. “Geely” markalı avtomobillərin satışı son bir ildə 8%, “EXEED” markalı avtomobilin satışı isə 4,5 dəfə artıb Yeniavaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*