Ruslar Xarkovu buna görə atəşə tuta bilmir – Sinequbovbackend

Ruslar Xarkovu buna görə atəşə tuta bilmir - Sinequbov

Son bir neçə gündə düşmən Xarkovu atəşə tutmur.

KONKRET.az xəbər verir ki, bunu Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.

Onun sözlərinə görə, bu sakitliyin səbəbi Ukrayna ordusunun əks-hücum əməliyyatları nəticəsində rus hərbçilərini şəhərdən qovmasıdır.

“Şəhərdə bir neçə gündür sakitlik müşahidə edirik. Şəhərin özü atəşə tutulmasa da, ətraf rayonlar atəşə məruz qalır. İzyum istiqaməti xüsusilə ən qaynar nöqtə olaraq qalır”, – Sinequbov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*