Ruslar yenə Krivoy Roqa hücum etdi: Lisey vuruldubackend

Ruslar yenə Krivoy Roqa hücum etdi: Lisey vuruldu

Oktyabrın 2-nə keçən gecə rus işğalçıları Krivoy Roqa hücum edərək yerli liseyin binasını vurublar.

KONKRET.az xəbər verir ki, Dnepropetrovsk Regional Dövlət Administrasiyasının sədri Valentin Rezniçenkonun sözlərinə görə, Krivoy Roqa düşmən kamikadze pilotsuz uçan aparatlı hücum edib..

“İki mərtəbə dağılıb. Yanğın olub, yanğınsöndürənlər artıq onu ram ediblər. Heç kim xəsarət almayıb”.

Rezniçenkonun sözlərinə görə, ruslar bütün gecəni Dnepropetrovsk vilayətinin Nikopol və Krivoy Roq rayonlarına hücum edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*