Ruslardan CAVAB – Polşanın Moskvadakı səfirliyinə QIRMIZI BOYA ATILDI – VİDEObackend

Ruslardan CAVAB - Polşanın Moskvadakı səfirliyinə QIRMIZI BOYA ATILDI - VİDEO

Polşanın Moskvadakı səfirliyinə qırmızı boya ilə atılıb.

KONKRET.az xəbər verir ki, Telegram kanallarında naməlum şəxslərin Polşanın Moskvadakı səfirliyinin lövhəsinə qırmızı boya tökdüyü video yayılıb.

Videoda üç nəfərin səfirliyin lövhəsinə yaxınlaşaraq üzərinə bir vedrə qırmızı boya tökdüyü anlar əks olunub. Mühafizə otağının pəncərəsinə də boya töküblər.

Səfirliyin lövhəsinə qırmızı boya tökənlərin kimliyi məlum deyil.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Varşavada Rusiya səfiri Sergey Andreyevə hücumdan sonra Polşadan üzr istəməsini tələb etmişdi. Diplomatın başına qırmızı boya tökülüb.

Xatırladaq ki, Andreyevə hücumla bağlı insident mayın 9-da Varşavada sovet əsgərlərinin məzarlığına əklil qoyulması zamanı baş verib. Rusiya Federasiyasının Varşavadakı səfiri və onu müşayiət edən diplomatlar qırmızı boya ilə boyanıblar. Rusiyalı diplomat heç kimin ciddi xəsarət almadığını, lakin işin araşdırılması ilə razılaşdığını bildirib.

Rusiya Xarici İşlər Nazirliyi Rusiya səfirinə hücuma görə, Polşa hakimiyyətinə etiraz edib və hadisənin yerli polisin tam hərəkətsizliyi ilə baş verdiyini vurğulayıb. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bunu Avropa neonasistlərinin “qanlı üzü” adlandırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*