NATO-nun baş katibi Mark Rutte yaxın günlərdə Donald Trampla görüşəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Washington Post” mənbələrinə istinadən yazıb.
Qeyd olunub ki, görüşün əsas mövzusu Rusiya – Ukrayna müharibəsi olacaq.
Alyansın rəhbəri Trampı Ukrayna ərazilərinin Rusiyaya güzəştə getməməyə inandırmağa çalışacaq.
Nəşrin sözlərinə görə, Rutte vurğulayacaq ki, rəsmi Moskvaya güzəşt Qərb üçün qəbuledilməzdir.
Görüşün dəqiq tarixi açıqlanmayıb.
Məlik,
KONKRET.az