Rus hərbi bazası Gümrüdə ola-ola: ABŞ və Avropa ordusu İrəvana gəlirbackend

Rus hərbi bazası Gümrüdə ola-ola: ABŞ və Avropa ordusu İrəvana gəlir

Ermənistanda beynəlxalq hərbi təlimlərə start verilir.

KONKRET.az xəbər verir ki, iyunun 17-dən 25-dək Ermənistanda “Eagle Partner 2026” adlı beynəlxalq sülhməramlı təlimlər keçiriləcək.

Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının hərbçiləri ilə yanaşı, ABŞ Ordusunun Avropa və Afrika komandanlığına tabe bölmələr, Kanzas Milli Qvardiyası, həmçinin Fransa və Yunanıstan Silahlı Qüvvələrinin şəxsi heyəti iştirak edəcək.

Rəsmi məlumata görə, təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyətin artırılması, təcrübə mübadiləsinin aparılması və hazırlıq səviyyəsinin yüksəldilməsidir.

Təlimlərin keçirilməsi Ermənistanın son illərdə Qərb ölkələri ilə hərbi əməkdaşlığı genişləndirməsi fonunda diqqət çəkir. Xüsusilə də bu proses Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının fəaliyyətini davam etdirdiyi şəraitdə baş verir.

Parlament seçkilərindən dərhal sonra ABŞ, Fransa və Yunanıstan hərbçilərinin iştirakı ilə belə bir təlimin keçirilməsi regionda geosiyasi baxımdan maraq doğuran hadisələrdən biri kimi qiymətləndirilir.\\musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*