Saakaşvili civə ilə ZƏHƏRLƏNİB – Ekspertizabackend

Saakaşvili civə ilə ZƏHƏRLƏNİB - Ekspertiza

Ekspertiza Saakaşvilidə civə zəhərlənməsini üzə çıxarıb.

KONKRET.az xəbər verir ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin anası Alasaniya Saakaşvili “Mtavari Arxi” telekanalına müsahibəsində onun orqanizmində ağır metalların miqdarının həddindən artıq olduğunu bildirib.

“Ekspertizanın rəyində civə olduğu qeyd olunub, orda da yazılıb. Barium da var, tallium da. Ora necə düşüblər, məlum deyil, qənaətə görə, oradadırlar. Bu da zəhərlənmədir, hansı ki. dərhal azadlığa çıxmağa da əsas verir”, – deyə qadın bildirib.

Gürcüstanın eks-prezidenti həbsxanada cəzasını təcrid olunmuş vəziyyətdə çəkdiyi üçün o, zəhəri özü götürə bilməzdi.

Noyabrın 8-də Saakaşvilinin vəkili Şalva Xaçapuridze bəyan edib ki, Gürcüstanın keçmiş prezidenti demensiya və vərəmdən xəstə ola bilər.

Xatırladaq ki, avqustun birinci yarısında həkimlər Saakaşviliyə 17 müxtəlif diaqnoz qoyub. Sentyabrın 9-da məlum olub ki, Saakaşvili həbsdə olduğu bir il ərzində 30 kiloqram arıqlayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*