Sabah Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürəcəkbackend

Sabah Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürəcək

Sabah Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürəcək.

KONKRET.az xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, bu gün yarışın keçiriləcəyi məkanda mətbuat konfransı baş tutub.

Tədbirdə Dünya Güləş Birliyinin (UWW) mətbuat katibi Erik Olanovski, Azərbaycan yığmasının üzvləri, dünya çempionları Eldəniz Əzizli və Rafiq Hüseynov, türkiyəli dünya çempionu Burhan Akbudak və litvalı dünya mükafatçısı Mantas Knistautas iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*