Sabah hava küləkli olacaq – Proqnozbackend

Sabah hava küləkli olacaq - Proqnoz

Avqustun 29-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağmursuz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-36° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*