“Sabah Rusiya heyəti ilə detallar haqqında danışacağıq” – Türkiyə XİN rəhbəribackend

“Sabah Rusiya heyəti ilə detallar haqqında danışacağıq” - Türkiyə XİN rəhbəri

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda mətbuat konfransı keçirib.

KONKRET.az xəbər verir ki, Azərbaycanın Ordusunun Qarabağdakı qələbəsi ilə bağlı açıqlama verən Çavuşoğlu Azərbaycanı bir daha təbrik edib.

“Qəhrəman Azərbaycan Ordusunu təbrik edirəm. Atəşkəsi pozan Ermənistan idi. Biz Azərbaycanın yanında olacağıq. Vacib olan atılacaq növbəti addımlardır”,- deyə Türkiyə XİN rəhbəri qeyd edib.

Rusiyanın razılaşmada oynadığı rola əhəmiyyət verdiklərini söyləyən Çavuşoğlu, “Sabah Rusiyadan Türkiyəyə gələcək heyətlə detallar haqqında danışacağıq”- deyə qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*