Sabahdan internetlə bağlı məhdudiyyət aradan qaldırılır – RƏSMİbackend

Sabahdan internetlə bağlı məhdudiyyət aradan qaldırılır - RƏSMİ

Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin  qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabr 2020-ci il tarixində aradan götürüləcək.

Bu barədə KONKRET.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) məlumat verilib. Nazirlik ötən müddət ərzində internetin verilişinin məhdudlaşdırılması ilə əlaqədar göstərdikləri anlayışa görə Azərbaycanın çoxmilyonluq internet istifadəçilərinə təşəkkür edir.

Qeyd edək ki, nazirlik 27 sentyabr 2020-ci il tarixindən ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*