Sabahdan ixtisas seçimi başlayırbackend

Sabahdan ixtisas seçimi başlayır

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.

DİM-dən KONKRET.az-a verilən məlumata görə,  rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 21-dən 25-dək aparılacaq.

Xatırladaq ki, iştirakı gözlənilən 601 namizəddən 1 nəfər imtahana gəlməyib. Namizədlərdən 459 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*