Xankəndidə “Niva” hərəkətdə olarkən yandı – Videobackend

Xankəndidə “Niva” hərəkətdə olarkən yandı - Video

Xankəndidə “Niva” hərəkətdə olarkən yanıb.

KONKRET.az xəbər verir ki, hadisə Xankəndi-Şuşa avtomobil yolunda baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Yasin Əliyevə məxsus “Niva” markalı “17-BF-259” dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən anidən alovlanıb. Qısa müddətdə avtomobili bürüyən alov nəticəsində nəqliyyat vasitəsi tamamilə yararsız vəziyyətə düşüb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Xankəndi şəhər yanğınsöndürmə bölməsinin əməkdaşları yanğını söndürüblər.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*