backend

Sabiq millət vəkili: "Azərbaycanda uşaq pulunun bərpası yalnız bir şəxsdən asılıdır”

Nazim Bəydəmirli: “Uşaq pulunun bərpası sahəsində hökumət inkişaf etmiş ölkələrin praktikasından nümunə götürməlidir”

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov pensiyalar, aylıq müavinətlərin artırılması və uşaqpulunun bərpası haqqında müzakirələr aparıldığını açıqlayıb. Bu açıqlamalar yerli KİV-lərin manşetlərində yer aldıqdan sonra, ictimaiyyət tərəfindən geniş müzakirələrə səbəb olub. Belə ki, hakim Yeni Azərbaycan Partiyası rəsmisinin bu açıqlaması böyük kütlədə uşaq pulunun bərpası ilə bağlı ümidlərin oyanmasına səbəb olub.

Deputat Siyavuş Novruzovun açıqlamasını şərh edən sabiq millət vəkili, iqtisadçı ekspert Nazim Bəydəmirli maraqlı məqamlara toxunub. Ekspert bildirib ki, hər bir halda istənilən deputatın vətəndaşların maddi rifah halına, yaşam tərzinə müsbət təsir edən təkliflər verməsi təqdirəlayiqdir: “Ancaq qeyd etmək lazımdır ki, əksər millət vəkilləri bu və ya digər fikiri səsləndirərkən, hökumətin mövqeyindən tam məlumatlı olmurlar. Səsləndirilən fikirlər əksər hallarda  konstruktivlikdən kənar və piar xarakterli olur. Ona görə də,  millət vəkillərinin bu cür fikirləri Milli Məclisdə büdcə müzakirələri zamanı səsləndirmələrini tövsiyə edirəm. Amma mətbuatda yayılan bu cür fikirlərə qeyri-ciddi yanaşıram”.

Nazim Bəydəmirli əlavə edib ki, uşaq pulunun bərpası sahəsində hökumət inkişaf etmiş ölkələrin praktikasından nümunə götürməlidir: ”Ümumiyyətlə uşaq pulunun bərpası cənab prezidentin  bu istiqamətdə atacağı addımdan asılıdır. Konstitusiyaya uyğun olaraq büdcə üzərində qərar vermək hüququ ölkə başçısına məxsusdur. Ona görə də, hesab edirəm ki, hörmətli deputatlar bu cür məsələlərlə mətbuata deyil, birbaşa ölkə başçısına müraciət etməlidirlər. Bu məsələlərin həlli mexanizmi başqadır və millət vəkilləri bu mexanizmlərdən düzgün istifadə etməlidirlər”.   

Müşfiq Əhmədov

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*