Sabirabad rayonunda bədbəxt hadisə baş verib.
KONKRET.az xəbər verir ki, rayonunun Qalağayın kənd sakini, 1968-ci il təvəllüdlü Cəbrayılov Sahib Safadur oğlu metal qəbulu məntəqəsində olarkən başına beton parçası düşüb.
Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
