Sabirabadda ər arvadını xəyanət etdiyinə görə amansızlıqla öldürüb – VİDEObackend

Sabirabadda ər arvadını xəyanət etdiyinə görə amansızlıqla öldürüb - VİDEO

Sabirabadda ər arvadını öldürüb. Polis bölməsinə könüllü təslim olan ər arvadının ona xəyanət etdiyini səbəb kimi göstərib.

KONKRET.az xəbər verir ki, qətl hadisəsi Sabirabadın Hacıbəbir kəndində qeydə alınıb. Kənd sakini, 46 yaşlı Eyvaz Məmmədov qısqanclıq zəminində həyat yoldaşı, 41 yaşlı Təranə Məmmədovanı balta ilə vuraraq qətlə yetirib. Yoldaşı ilə xeyli mübahisə edən ər onu ot tayasının yanına apararaq elə oradaca baş nahiyəsindən üç balta zərbəsi endirərək öldürüb. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Bildirilir ki, xeyli müddət ailə başçısı Türkiyəyə işləməyə, ailəsi üçün pul qazanmağa gedibmiş. Pandemiya səbəbindən geri dönə bilməyən Eyvaz Məmmədov nəhayət avqustun 8-də evinə dönə bilib.

Qətlə yetirilən Təranə Məmmədovanın yaxın qohumu bildirib ki, Şirvan mühafizə polisinin əməkdaşı olan polis nəfəri Güloğan Həsənovu avqustun 4-də qızla birlikdə tutub.

Onların birgə nikahdan iki övladları (bir qız və bir oğlu) var.

Faktla bağlı Sabirabad prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Baku.TV

  • Ilkin
    Sentyabr 5, 2020 - 15:22

    Əcəb edib. Mən bir canlının həyatına son qoyulmağının əleyhinəyəm, ancaq bir qadın ərinə xəyanət edəcəksə, infa geç ərə getməsin. İstədiyi qədər ……… başqalarıyla. Yeni kampanya başladıram “Kişilərə şiddətə SON !”. Bu zarafat kimi görünsə də, kişiyə şiddətdir. Ar olsun ərinə xəyanət edən qadınlara.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*