Sabirabadda kişini qatar vurdubackend

Sabirabadda kişini qatar vurdu

Bu gün saat 03:30-da Şirvan-Astara dəmir yolu xəttinin Sabirabad rayonu Çiçəkli kəndi ərazisindən keçən hissəsinin 29-cu kilometrliyində təxminən 35-40 yaşlarında kişini qatar vurub.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qatar vuran şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Aparılan araşdırmalar zamanı həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

“Onu taniyanlardan 0125902779 və 0705912123 telefon nömrələrinə zəng edərək Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Şirvan Stansiyasında Xətt Polis Bölməsinə zəng edərək məlumat vermələri xahiş olunur”, – məlumatda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*