Sabit Səmədova yüksək vəzifə verildi – ƏMRbackend

Sabit Səmədova yüksək vəzifə verildi - ƏMR

Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor müavini təyin edilib.

Konkret.az -ın “Report” -a istinadən məlumatına görə, bununla bağlı Kənd Təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sabit Mirzəxan oğlu Səmədov Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini-Maliyyə təsərrüfat sektorunun müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Mətləb Ağakərim oğlu Kərimov sentyabrın 2-də öz ərizəsi əsasında Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor vəzifəsindən azad olunub.

O, 2016-cı ildən Kürdəmir rayon Kənd Təsərrüfatı İdarəsinin, qurumun adı dəyişdikdən sonra isə Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*